2022-ci ildə dekabrın əvvəlindən bəri Avropa İttifaqı Laçin dəhlizi boyu və ətrafında baş verən hadisələri və onların humanitar nəticələrini diqqətlə izləyir. Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Avropa Parlamentinin üzvü Assita Kankonun rəsmi sualına cavab olaraq bildirdi.
“Aİ Azərbaycanı 9 noyabr 2020-ci tarixli bəyanatdan irəli gələn öhdəliklərə uyğun olaraq dəhliz boyunca hərəkət azadlığını və təhlükəsizliyini təmin etmək üçün öz yurisdiksiyasında tədbirlər görməyə çağırıb”, - deyə qeyd olunub.
Bildirilib ki, Borrell və Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaarın hər iki tərəflə sıx əlaqədə saxlayır.