Yanvarın 30-da ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Niderlandın baş nazirinin xarici siyasət və müdafiə məsələləri üzrə müşaviri Cofri van Leuven ilə telefon danışığı aparıb. Bu barədə Təhlükəsizlik Şurasından məlumat verilib.
A. Qriqoryan Laçın dəhlizinin bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhranı təqdim edib.
Həmsöhbətlər Laçın dəhlizinin açılmasında beynəlxalq ictimaiyyətin fəal addımlarının vacibliyini vurğuladılar.
Telefon danışığı zamanı tərəflər Ermənistan-Niderland münasibətlərinin ikitərəfli gündəliyini də müzakirə ediblər.