ABŞ prezidenti Co Bayden ABŞ-ın Ukraynaya F-16 qırıcıları verməyəcəyini bəyan edib, “Reuters” yazır.
Ötən həftə Ukraynanın müdafiə naziri Aleksey Reznikov bəyan etmişdi ki, döyüş tanklarının tədarükündən sonra Kiyev Qərbin dördüncü nəsil qırıcılarının, o cümlədən Amerikanın F-16-larının tədarükü məsələsini irəli sürəcək.
Bayden Polşaya səfər etmək niyyəti barədə də məlumat verib, lakin konkret tarixləri qeyd etməyib.