UNİAN yazır ki, yanvarın 30-da İran Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini İsfahan əyalətindəki hərbi fabrikə pilotsuz uçuş aparatı ilə hücumuna dair Ukraynanın şərhinə görə çağırıb.
Ehtimal olunur ki, bu, Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixaylo Podoliakın bəyanatı ilə bağlıdır. "İranda partlayıcı gecə... Ukrayna xəbərdarlıq etmişdi", - deyə Podolyak İsfahanda pilotsuz uçuş aparatların istehsal edildiyi zavoda hücumu şərh edərkən yazıb.