Yanvarın 29-da Roma Papası Fransisk növbəti dəfə Laçin dəhlizi məsələsinin təcili həllinə çağırıb. O, mühasirəyə alınmış Artsax sakinlərinin vəziyyətini qeyri-insani adlandırıb.
“Cənubi Qafqazın Laçın dəhlizi ərazisində yaranmış ciddi humanitar vəziyyətlə bağlı müraciətimi təkrar edirəm. Qışda belə qeyri-insani şəraitlə üzləşməli olan hər kəsə öz təəssüfümü bildirirəm. İnsanların xeyrinə həll yolları tapmaq üçün beynəlxalq səviyyədə hər cür səy göstərmək lazımdır”, - Papa Fransisk bildirib.