Bu gün BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr keçirilib.
Ermənistan Azərbaycana qarşı müvəqqəti tədbir üçün Haaqa Məhkəməsinə müraciətində Azərbaycandan Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkəti pozan qondarma etiraz aksiyalarına dəstəyini dayandırmağı, fasiləsiz hərəkətə təminat verməyi və Dağlıq Qarabağa təbii qaz və digər ictimai xidmətlərin verilməsini pozmaqdan çəkinməyi tələb edir. Ermənistanın dinləmələri başa çatıb, axşam saat 19:00-da məhkəmədə Azərbaycanın müşahidələri dinləniləcək.
ER-nin beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeğişe Kirakosyan qeyd edib: “Avropa İnsan Hüquqları Məhkəməsi bir aydan çox əvvəl Azərbaycana Ermənistanda tibbi yardıma ehtiyacı olan ağır xəstələrin təhlükəsiz gediş-gəlişini təmin etmək üçün bütün lazımi tədbirləri görməyi tapşırıb. Lakin Azərbaycan Strasburq məhkəməsinin qərarına da məhəl qoymadı. Məhkəmə təcili tədbir görməsə, Dağlıq Qarabağ ermənilərini qeyri-mümkün seçim gözləyir: ya ata-baba yurdlarını tərk etmək, ya da orada qalıb aclıqdan ölmək.
Martin Lourens (beynəlxalq hüquq eksperti, hüquq məsləhətçisi) - 2020-ci il müharibəsi zamanı on minlərlə erməninin öz evindən didərgin düşdüyünü xatırlayırsınızmı? Bir nəfər evinə belə qayıda bilməyib. Sülhməramlı missiya Dağlıq Qarabağın mülki əhalisinin kütləvi şəkildə həlak olmasının qarşısını almaq üçün yerləşdirilib. Lakin sülhməramlılar yerləşdirildikdən sonra da Azərbaycan sakinləri zorla çıxararaq etnik ermənilərin həyatını dözülməz hala gətirmək üçün hər şeyi etdi. Bu humanitar fəlakətə son qoymaq üçün təcili müdaxilə lazımdır.