ABŞ-ın Türkiyədəki səfirliyi Avropada Quranın yandırılması ilə bağlı insidentlər fonunda İstanbulun mərkəzində terror aktlarının baş verə biləcəyi ilə bağlı amerikalılara xəbərdarlıq edib.
“ABŞ hökuməti öz vətəndaşlarını İstanbulda kilsələrə, sinaqoqlara, diplomatik missiyalara və ya Qərb ölkələrinin vətəndaşlarının tez-tez ziyarət etdiyi digər yerlərə qarşı mümkün terror hücumları barədə xəbərdar edir”,- səfirlik bildirdi.
Yanvarın 27-də ABŞ-ın Türkiyədəki səfirliyi öz vətəndaşlarına xəbərdarlıq edərək, Avropada Quran yandırma hadisələrindən sonra terror aktları ehtimalının artdığını bildirdi.