ER Baş naziri Nikol Paşinyan Ordu Günü münasibətilə təbrik mesajı göndərib.
O qeyd etdi ki, bu gün biz ordumuzun yaranmasının 31-ci ildönümünü qeyd edir və ilk növbədə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini yad edirik.
Bu gün Ermənistan ordusunda xidmət edən minlərlə fədai Ermənistan Respublikasına, müstəqilliyinə, suverenliyinə, dövlətçiliyinə xidmət edir və biz onların xidmət keyfiyyətinin dəyişməsi üçün hər şeyi edəcəyik.
Biz ordumuzu müasir silah və texnika ilə təchiz etmək üçün tədbirlər görür, imkan daxilində yerli istehsalçıları dəstəkləməyə çalışırıq.
Vətən müdafiəsi zamanı döyüşlərdə həlak olmuş əsgərlərimizin, zabitlərimizin, könüllülərimizin valideynləri və yaxınları qarşısında diz çökürəm.
Erməni ordusuna və Ermənistan dövlətinə fədakarlıqla xidmət edən bütün hərbçilərə təşəkkür edirəm.
Günəş hələ də doğacaq, bahar gələcək. Ermənistan Ordusu Günü mübarək!”.