AŞPA-da ER parlamentinin nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan AŞPA-da Laçın dəhlizinin blokadasının humanitar nəticələri ilə bağlı müzakirə zamanı bildirib ki, Laçın dəhlizi 44 gündür bağlanıb.
O xatırladıb ki, Azərbaycan prezidenti 2020-ci il noyabrın 9-da Laçın dəhlizinin sülhməramlıların nəzarətində olması, Azərbaycanın isə Laçın dəhlizi ilə insanların, malların və nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etməli olduğu barədə sənəd imzalayıb.
Rubinyan Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsinə də toxunub.
“Bundan başqa, Azərbaycan Dağlıq Qarabağın qazını və işığını da kəsib. Təbii ki, Azərbaycan bütün bunları inkar edəcək, blokadanın olmadığını deyərək arqumentlər irəli sürəcək və ya blokadaya haqq qazandırmağa çalışacaq”, - Rubinyan bildirib.
O, Laçın dəhlizinə faktaraşdırıcı missiya göndərməyi təklif edib: “Azərbaycanlı tərəfdaşlarımız buna qarşıdırsa, demək onların soyqırım niyyəti var. Onların məqsədi Dağlıq Qarabağı ermənilərdən boşaltmaqdır , - Rubinyan vurğulayıb.