AİHM 2022-ci ildə Azərbaycanla bağlı mahiyyəti üzrə 23 qərar qəbul edib, həmin qərarların 22-də iddia edilən pozuntuların əksəriyyəti tanınıb.
“Turan” agentliyinə əsasən, bu barədə AİHM-nin Azərbaycanla bağlı qərarlarının monitorinqi qrupunun rəhbəri Xalid Ağaliyev Strasburq Məhkəməsinin rəsmi statistika hesabatına istinadla bildirib.
2022-ci ildə Azərbaycana münasibətdə ən çox azadlıq və toxunulmazlıq hüququnun pozuntusu tanınıb – 9 qərar.
AİHM indiyə qədər Azərbaycanla bağlı mahiyyəti üzrə ümumilikdə 274 qərar qəbul edib. Həmin qərarların yalnız 3-də pozuntu tapılmayıb.
AİHM indiyə qədər Azərbaycana münasibətdə ən çox ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu barədə qərar verib – 126 qərar. Azadlıq və toxunulmazlıq hüququnun pozuntusu 96 qərarda tanınıb. 57 işdə işgəncəyə məruz qalmamaq, 47 işdə mülkiyyət, 43 işdə isə birləşmək hüququnun pozuntusu tanınıb. AİHM seçki hüququnun pozuntusunu ən çox Azərbaycana qarşı işlərdə tanıyıb – 25 qərar. Konvensiyanın 18-ci maddəsinin pozuntusu kateqoriyasında da Azərbaycan AŞ ölkələri arasında 1-ci yerdədir.
Azərbaycan AİHM-də qərar qəbul edilməsi gözlənilən ərizələrinsayına görə 8-ci yeri tutur.