ER Baş naziri Nikol Paşinyan hökumətin iclasında artıq 46 gündür blokadada olan Dağlıq Qarabağdaki humanitar böhrandan danışıb.
Nikol Paşinyan bildirib ki, Laçın dəhlizinin bağlanması nəticəsində Artsaxda uşaqlar təhsil hüququndan məhrum edilir, çünki DQ-da uşaq bağçaları, məktəblər və universitetlər bir aydır qapalıdırlar. O qeyd edib ki, son dəfə belə şey 44 günlük müharibə zamanı olub.
“Azərbaycan Laçın dəhlizini bağlamaqla kifayətlənmir və Dağlıq Qarabağıa qazın verilişini də bağlayır, sonra 10 faiz açır, sonra yenidən bağlayır və s. Azərbaycan davamlı olaraq qaz təzyiqi alətindən istifadə edir və bu açıq qınanmalıdır”.
Baş nazir onu da xatırladıb ki, Azərbaycan Dağlıq Qarabağı təmin edən elektrik xətlərinin işini pozduğu üçün Dağlıq Qarabağda tez-tez elektrik enerjisi kəsilir.
“Bütün bunlarla Azərbaycan bir məqsəd güdür: Dağlıq Qarabağ ermənilərinin öz vətənlərində yaşamaq iradəsini qırmaq.
Əldə etdiyimiz məlumata görə, Bakının planı belədir - DQ-də iqtisadi və psixoloji təzyiqi kuliminasiya nöqtəsinə çatdırmaq, sonra DQ ermənilərinin kütləvi şəkildə evlərini tərk edəcəkləri gözləntisi ilə bir neçə gün dəhlizi açmaq, sonra yenə dəhlizi bağlamaq, sonuncu erməni Dağlıq Qarabağı tərk edənə qədər bir neçə günə dəhlizi yenidən açmaq və s.”- Paşinyan deyib.