ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Ermənistan-Azərbaycan münasibətlərinə, Laçin dəhlizinin blokadaya alınmasına toxunub.
“Birləşmiş Ştatlar ümid edir ki, iki ölkə arasında birbaşa dialoq uzun müddətdir Ermənistan və Azərbaycanı ayrılan məsələlərin həllinə gətirib çıxaracaq və bu dialoq vasitəsilə biz davamlı sülhə nail olacağıq.
Biz Ermənistan və Azərbaycanla, eləcə də tərəfdaşlarımızla birbaşa dialoqu davam etdiririk”,- deyə Prays vurğuladı.
O qeyd etdi ki, Dağlıq Qarabağda vəziyyət getdikcə pisləşir.
“Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsi təkcə dövlət katibinin deyil, bu binada olanların da diqqət mərkəzində olub. Laçin dəlizi boyunca normal kommersiya və şəxsi səyahətlərin davamlı şəkildə pozulması sakinlər üçün ərzaq, yanacaq və dərman çatışmazlığına səbəb olur. Təbii qazın və digər kommunal xidmətlərin kəsilməsi humanitar vəziyyəti daha da ağırlaşdırır.
Biz kommersiya və şəxsi səyahətlər də daxil olmaqla dəhliz boyunca sərbəst hərəkətin tam bərpasına çağırırıq. Hesab edirik ki, ərazidə yaşayan əhalinin təhlükəsizliyini və rifahını təmin etmək üçün bu çıxılmaz vəziyyətdən çıxış yolu tapmalıyıq. Daha əvvəldə də dediyim kimi, danışıqlar irəliyə aparan yoldur”, deyə Prays qeyd etdi.