ER parlamentinin sədr müavini Ruben Rubinyan öz Facebook səhifəsində Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriçlə görüşdüyünü bildirib.
“Mən Laçın dəhlizinin qanunsuz bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhranı təqdim etdim.
Biz razılaşdıq ki, AŞ-nin monitorinq orqanlarının AŞ zonasındakı istənilən əraziyə maneəsiz girişi olmalıdır. Dərhal dəhlizin açılması üçün Azərbaycana təzyiqləri artırmağa çağırdım”, - Rubinyan yazıb.