Yanvarın 24-də Böyük Britaniyanın İcmalar Palatasında Laçın dəhlizinin Azərbaycan tərəfindən blokadaya alınması və onun humanitar nəticələri ilə bağlı xüsusi müzakirələr keçirilib.
Millət vəkilləri Tim Louton, Jesika Morden, Cayls Frensis Uotling, Riçard Ceyms Şenon, Con Vitingdeyl, Karol Monagan, Kris Lou, Rupa Hak, Martin Day və Stiven Daut qınama bəyanatları verib və dəhlizin dərhal açılmasını tələb ediblər.
Çıxışlarda Əliyev rejiminə qarşı sanksiyaların tətbiqi, Azərbaycana təzyiq göstərilməsi çağırışları səsləndirilib, Dağlıq Qarabağın blokadaya alınması və Azərbaycanın Artsaxda etnik təmizləmə aparmaq niyyəti Erməni Soyqırımının davamı kimi qiymətləndirilib.
Böyük Britaniya-Azərbaycan Dostluq Qrupunun üzvləri Bob Blekmen və Metyu Offord da çıxış ediblər.
Açıqlamalardan sonra parlamentin Amerika və Karib hövzəsi üzrə dövlət katibinin müavini Devid Ratli çıxış edərək ezamiyyətdə olan Leo Dohertini əvəz edib.
O qeyd edib ki, azərbaycanlı etirazçılar Dağlıq Qarabağ xalqını dolanışıq vasitələrindən məhrum edərək, Laçın dəhlizini bağlayıblar. Onun sözlərincə, Britaniya hökuməti sadəcə olaraq bəyan edir ki, Azərbaycan hökuməti Laçın dəhlizinin blokunu açmalıdır, sülh danışıqlar yolu ilə əldə edilməlidir.
“Əsirlər öz vətənlərinə qayıtmalıdırlar, biz də bu məsələni irəli aparırıq. Böyük Britaniya hökuməti soyqırımın qarşısının alınması haqqında Konvensiyaya əməl edir.
Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının fəaliyyətdə olan prezidentinin Laçın dəhlizi ilə bağlı bəyanatını əngəlləməyib. Hazırda biz Azərbaycana qarşı sanksiyalar məsələsini müzakirə edə bilmərik. Biz Aİ-nin mülki missiyasının Ermənistanda yerləşdirilməsini alqışlayırıq”, - deyə Devid Ratli bildirib.