Finlandiya NATO-ya üzvlük müraciətini İsveç olmadan davam etdirməyi nəzərdən keçirə bilər.
Bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto "Yle"yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Finlandiyanın İsveçlə çiyin-çiyinə NATO-ya daxil olmaq istəyi qalır: “Finlandiya və İsveçin təhlükəsizliyi baxımından bir nömrəli variant hələ də ölkələrin eyni zamanda NATO-ya üzvlük üçün səy göstərməsidir”.
Bununla belə, nazir telefonla verdiyi müsahibədə bildirib ki, İsveçin müraciəti daha uzun müddət gecikdirilərsə, Finlandiya NATO-ya üzvlük ərizəsini İsveçlə eyni vaxtda təşviq etmək məsələsinə yenidən baxmalı olacaq.
Ancaq Haavistonun fikrincə, məsələ ilə bağlı qəti mövqe bildirmək hələ tezdir.