Rusiya Ermənistan və Azərbaycanla dialoq çərçivəsində gərgin və çətin işi davam etdirir. Bu barədə çərşənbə axşamı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Rusiya üçtərəfli razılaşmaların və iki il əvvəl imzalanmış sənədlərin tərəflərindən biri kimi öz öhdəliklərini yerinə yetirməkdə davam edir və həm Ermənistan, həm də Azərbaycanla çox gərgin və çətin işləməyə davam edir”, - Kreml sözçüsü Kremlin ABŞ-ın dövlət katibi Entoni Blinkenin Azərbaycan prezidenti İlham Əliyevə Laçın dəhlizinin kommersiya nəqliyyatı üçün fəaliyyətini dərhal bərpa etmək çağırışı ilə razılaşıb-razılaşmaması sualına cavab olaraq bildirib.