2023-cü il yanvarın 23-də Ermənistan “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” beynəlxalq konvensiyanın təfsiri və tətbiqi ilə bağlı iş üzrə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə Azərbaycana qarşı sənədi təqdim edib. Sənəddə Azərbaycan tərəfindən onilliklər ərzində Konvensiyanın ciddi şəkildə pozulması barədə ətraflı hesabatlar var.
Bu barədə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeğişe Kirakosyan özünün “Twitter” mikrobloqunda məlumat verib.