Artsax Xarici İşlər Nazirliyi 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla bağlı Azərbaycanın şərhinə reaksiya verib.
“Son vaxtlar Azərbaycan hakimiyyəti Laçın dəhlizinin fəaliyyəti ilə bağlı 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 6-cı bəndini daha tez-tez özbaşına şərh edir. Azərbaycan öz siyasi gündəmini inkişaf etdirmək üçün 40 gündən artıqdır ki, Artsaxın bütün əhalisini girov saxlayır və Artsaxı Ermənistan və xarici dünya ilə birləşdirən yeganə yolu bağlamaqla ciddi humanitar böhran yaradır.
Üstəlik, Azərbaycan müxtəlif spekulyasiyalara əl atır və Artsax xalqına qarşı qeyri-insani siyasətini gizlətməyə çalışır. Azərbaycan hakimiyyəti humanitar böhranın və blokadanın olmamasının sübutu kimi Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillərin hərəkəti ilə bağlı məlumatları təqdim edir. Lakin Azərbaycanın beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlmiş saxtakarlıqları faktlarla təkzib olunur.
Birincisi, Laçın dəhlizinin qapalı olduğu bu 43 gün ərzində yolun bağlanmadan bir gün əvvələ nisbətən daha az avtomobil hərəkət edib. Bütün bu maşınlar ya BQXK-ya, ya da Rusiya sülhməramlılarına məxsus idi. Artsax sakinlərinin maşınları dəhlizdən keçməyib.
İkincisi, Laçın dəhlizinin bağlanması nəticəsində hər iki istiqamətdə sərnişinlərin hərəkəti dayandırılıb. Hətta Rusiya sülhməramlılarının uşaqları Ermənistandan Artsaxa aparan avtomobili dayandırılıb və sərnişinlər azərbaycanlılar tərəfindən məqsədyönlü psixoloji hədə-qorxuya məruz qalıblar.
Üçüncüsü, gündəlik 400 tondan artıq istehlak mallarının idxalı tamamilə dayandırılıb.
Artsaxın blokadası nəinki zəruri malların və dərmanların çatışmazlığına gətirib çıxarır, həm də minlərlə insanı işdən məhrum edir. Üstəlik, Azərbaycan Artsaxın quru blokadası ilə yanaşı, humanitar vəziyyəti daha da pisləşdirmək məqsədi ilə enerji blokadası da həyata keçirir”,- bəyanatda deyilir
XİN qeyd edir ki, Azərbaycanın Laçın dəhlizindən keçən maşınları dayandırmaq və yüklərə baxış keçirmək hüququ ilə bağlı iddiası tamamilə əsassızdır, çünki üçtərəfli bəyanatla Azərbaycanın Laçın dəhlizi ilə bağlı yalnız bir öhdəliyi var, o da hərəkətə heç bir şəkildə mane olmamaqdır.