Yanvarın 23-də Brüsseldə işgüzar səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Belçikanın xarici işlər naziri Haca Lahbib ilə görüşüb.
Ararat Mirzoyan və Haca Lahbib Aİ Şurasının Ermənistanda mülki monitorinq missiyasının yerləşdirilməsi barədə qərarının qəbul edilməsinə əhəmiyyət veriblər.
ER XİN rəhbəri Azərbaycan tərəfindən Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində yaranmış vəziyyətə, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesinə toxunub.
Qeyd olunub ki, Azərbaycanın maxsimalist və qeyri-konstruktiv yanaşması regionda təhlükəsizliyin və sabitliyin bərqərar olmasına böyük maneə törədir.