Yanvarın 23-də Brüsseldə işgüzar səfərdə olan Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Avropa Parlamentnin xarici məsələlər üzrə komitəsinin sədri Deyvid Mkalister ilə görüşüb.
Görüş zamanı regional təhlükəsizlik və sabitliklə bağlı məsələlər müzairə olunub.
Ararat Mirzoyan həmsöhbətinə Azərbaycan tərəfindən Laçın dəhlizinin bağlnmasının nəticələrini təqdim edib.
Qeyd edilib ki, Azərbaycan Dağlıq Qarabağın 120 min erməni əhalisini etnik təmizləməyə məruz qoymağı qarşısına məqsəd qoyub.
Nazir Mirzoyan Dağlıq Qarabağdakı humanitar fəlakətin qarşısının alınması məqsədilə beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana təzyiqlərin artırılmasının vacibliyini vurğulayıb.
Bu kontekstdə xarici işlər naziri yanvarın 18-19-da Avropa Parlamentinin plenar iclasında Laçın dəhlizinin bağlanması ilə bağlı qəbul edilmiş təcili qətnamədə və “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi:2022-ci ildə illik hesabatda” ifadə olunan, regionda yaradılmış vəziyyəti obyektiv şəkildə əks etdirən prinsipial mövqelərnin vacibliyini vurğulayıb.
Həmsöhbətlər Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi barədə də fikir mübadiləsi aparıblar.
Ararat Mirzoyan və Deyvid Makalister Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının gündəm məsələlərinə və onun genişləndirilməsi perspektivlərinə toxunublar. Dekabrın 19-da başa çatan Aİ monitorinq missiyasının fəaliyyəti də yüksək qiymətləndirilib.