Avropa İttifaqı ölkələri liderlərinin Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindəki vəsaitlərin Ukraynaya dəstək üçün yönəldilməsi ilə bağlı müzakirələrə yeni təkan verəcəyinə ümid edirəm.
Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Financial Times”a müsahibəsində deyib.
Mişel qeyd edib ki, bu problemin həllində irəliləyiş əldə etmək məsələsində vacib siyasi maraq var.
Xatırladaq ki, Aİ üzv olan ölkələr Rusiya Mərkəzi Bankının 300 milyard avroluq aktivlərini və rusiyalı iş adamlarının 20 milyard avroya yaxın aktivlərini dondurub.