Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanda səfərdədir.
“Laçın dəhlizi ətrafında vəziyyət ciddidir və təcili həll yolları tapılmalıdır. Gələcək yolları araşdırmaq üçün müzakirələri səbirsizliklə gözləyirəm. Avropa İttifaqının məqsədi birdir: Ermənistan-Azərbaycanın hərtərəfli həllidir”,- deyə o yazdı.