Artsax Ombudsmanı Qeğam Stepanyan Azərbaycan tərəfindən Artsaxda həyati vacib infrastrukturların normal işinin qəsdən pozulması nəticəsində insan haqlarının pozulması haqqında hesabat dərc edib.
Hesabatda Azərbaycan tərəfindən davam edən blokada şəraitində Artsaxın qaz kəmərləri, elektrik naqilləri, telekommunikasiya və internet naqilləri kimi həyati vacib infrastrukturlarının normal fəaliyyətinin qəsdən pozulması nəticəsində Artsax əhalisinin hüquqlarının geniş və irimiqyaslı pozulması ilə bağlı faktlar təqdim edilib və qeyd olunub ki, bu, mülki əhalini humanitar fəlakət qarşısına qoydu.
Ombudsman xüsusilə bildirib ki, qaz təchizatında qəsdən edilən fasilələr əhalini istilik və isti su imkanlarından məhrum edir, yanvarın 9-dan isə elektrik enerjisinin idxalı da dayandırılıb
Hesabat beynəlxalq təşkilatlara və insan haqları təşkilatlarına göndərilib.