Yanvarın 23-də Brüsseldə işgüzar səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.
Görüş zamanı tərəflər ümumi maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Ermənistanın xarici işlər naziri NATO-nun baş katibinə Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhranı, Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağda davamlı etnik təmizləmə siyasətinin nəticələrini təqdim edib.
Bu kontekstdə Dağlıq Qarabağın qeyri-insani mühasirəsinin aradan qaldırılması və Azərbaycanın danışıqlar masasına qaytarılması üçün beynəlxalq ictimaiyyətin aydın fəaliyyət göstərməsinin vacibliyi vurğulanıb.
Ararat Mirzoyan həmçinin Yens Stoltenberqə Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesində baş verənləri təqdim edib.
Görüş zamanı tərəflər ER-NATO siyasi dialoqunun səviyyəsindən məmnunluq ifadə ediblər, cari əməkdaşlıq proqramları və gələcək perspektivlər barədə fikir mübadiləsi aparıblar.