ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Rohit Hanna özünün “Twitter” mikrobloqunda Laçın dəhlizinin blokadasına toxunub.
“Biz burada danışarkən, ermənilər böyük depressiya zamanı amerikalılar kimi qida talonları alırlar. Azərbaycan bir aydan çoxdur ki, Laçın dəhlizini blokadada saxlayır və bu, ciddi ərzaq və dərman çatışmazlığına səbəb olub. ABŞ Artsaxın blokadasına son qoymaq üçün öz təsir rıçaqlarından istifadə etməlidir”.