Ermənistanın Avropa Şurasındakı daimi nümayəndəliyindən məlumat verilib ki, nazir müavinlərinin strukturdakı məsləhətləşmə zamanı Ermənistanın daimi nümayəndəsi Arman Xaçatryan Laçın dəhlizinin Azərbaycan tərəfindən blokadaya alınmasının Artsax üçün ağır humanitar nəticələrə səbəb olduğunu vurğulayıb.
"Ermənistan Avropa Şurasının Nazirlər Komitəsini AİHM-in müəyyən etdiyi müvəqqəti tədbirlərin Azərbaycan tərəfindən həyata keçirilməsini təmin etmək üçün qəti addımlar atmağa çağırır", - deyə ER nümayəndəliyinin rəsmi “Twitter” mikrobloqunda deyilir.