Laçın dəhlizinin normal fəaliyyətinin təmin edilməsi Azərbaycan və Rusiyanın sülhməramlı qoşunlarının üzərinə düşür. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Armenpress” agentliyinə müsahibəsində deyib.
“Biz dəfələrlə demişik ki, 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatın Laçın dəhlizi ilə bağlı məsələləri tənzimləyən 6-cı maddəsində Ermənistanın dəhlizin fasiləsiz fəaliyyətinin təmin edilməsi ilə bağlı heç bir funksiyası nəzərdə tutulmayıb. Dəhlizin normal fəaliyyətinin təmin edilməsi Azərbaycan və Rusiya Federasiyasının sülhməramlı qoşunlarının üzərinə düşür. Dağlıq Qarabağın daxili həyatı ilə bağlı məsələlər isə DQ hakimiyyətinin həlli çərçivəsindədir və ER hakimiyyətinin də burada heç bir funksiyası yoxdur.
Onu da əlavə edim ki, Laçın dəhlizinin bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhran artıq humanitar fəlakətə yaxınlaşır və dəhlizin dərhal açılmayacağı təqdirdə beynəlxalq ictimaiyyətin, o cümlədən, ilk növbədə, Birləşmiş Millətlərin humanitar müdaxiləsinə son dərəcə ehtiyac var”, - deyə Mirzoyan bildirib.