ER xarici işlər naziri Ararat Mirzoyan “Armenpress” agentliyinin regional kommunikasiyaların açılması prosesi ilə bağlı sualını cavablandırıb.
“Ermənistan 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlarda müəyyən edilmiş prinsiplərə uyğun olaraq regionda nəqliyyat və iqtisadi infrastrukturların tamamilə blokdan çıxarılmasında və daha böyük nəqliyyat layihələrinin bir hissəsi olmaqda mütləq maraqlıdır. Yəqin ki, siz bilirsiniz ki, “Erməni kəsişməsi” layihəsi ER hökuməti tərəfindən şimal-cənub və şərq-qərb mexanizmlərini birləşdirərək irəli sürülüb”, - deyə Mirzoyan bildirib.
Nazirin sözlərinə görə, Ermənistanın regional kommunikasiyaların açılması ilə bağlı təklifləri etibarlıdır.
“Biz bunu istənilən vaxt yollar üzərində milli suverenlik və yurisdiksiya və milli qanunvericiliyə uyğunluq çərçivəsində həyata keçirə bilərik. Əsasən burada yeganə və əsas maneə Azərbaycanın irəli sürdüyü ekstraterritorial dəhlizin əsassız tələbidir”, - deyə Mirzoyan qeyd edib.