Yanvarın 19-da Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa Respublikasının prezidenti Emmanuel Makronun diplomatik müşaviri İzabel Dümon ilə telefon danışığı aparıb.
Armen Qriqoryan İzabel Dümona Azərbaycan tərəfindən Laçın dəhlizinin blokadaya alınması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhranı təqdim edib.
Qriqoryan vəziyyətin həlli üçün beynəlxalq səylərin göstərilməsinin vacibliyini vurğulayıb.
Tərəflər regionda sabitliyin və sülhün təmin edilməsi üçün davamlı ikitərəfli məsləhətləşmələrin aparılmasının vacibliyini vurğulayıblar.