Avropa İttifaqının ATƏT yanında daimi nümayəndəsi Rasa Ostrauskayte özünün Twitter mikrobloqunda Laçın dəhlizinin blokadasına toxunub.
“Avropa İttifaqı 2022-ci ilin dekabr ayından Laçın dəhlizi ətrafında baş verən hadisələrlə əlaqədar olaraq ATƏT-də narahatlığını ifadə edib və Azərbaycan hakimiyyətini dəhlizdə hərəkət azadlığını və təhlükəsizliyini tam bərpa etməyə çağırdığını bir daha bəyan edib”, - deyə postda qeyd olunub.