“ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. Gözlənildiyi kimi, yaxın vaxtlarda o, Azərbaycan prezidenti İlham Əliyevlə də danışacaq”.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
“Ötən ilin sonunda dövlət katibinin həmkarları ilə bir neçə görüşü, dövlət katibinin vasitəçiliyilə Vaşinqtonda və Nyu-Yorkda Ermənistan və Azərbaycan nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş olub. Əlbəttə, biz son vaxtlar Dağlıq Qarabağ ətrafında uğursuzluqları görürük və konstruktiv dialoqun bərpa olunmasını istəyirik”, - Prays deyib.
O əlavə edib ki, ABŞ ikitərəfli qarşılıqlı fəaliyyətə və ATƏT vasitəsilə və ya üçtərəfli qaydada tərəfdaşlarla əməkdaşlığa hazırdır.
“Bu, dövlət katibi Blinkenin şəxsi prioritetidir. Lakin Viktoriya Nuland, Karen Donfrid, Avropa və Avrasiya Məsələləri Bürosunun bir sıra digər yüksək vəzifəli məmurları da bu məsələ ilə məşğuldurlar”, - Prays deyib.