Yanvarın 17-də ATƏT-in Xüsusi Şurasının iclasında İsveçrə Laçın dəhlizinə giriş üçün davam edən maneələr və bunun nəticəsində yaranan humanitar nəticələrlə bağlı narahatlığını bildirib. Bu barədə İsveçrə Federal Xarici İşlər Departamentinin Avrasiya Şöbəsinin “Twitter” mikrobloqunda məlumat verilib.
"İnsanların və zəruri malların sərbəst hərəkəti dərhal bərpa edilməlidir", - deyə postda qeyd edilib.