KTMT-nin baş katibi İmanqali Tasmaqhambetov ER Baş naziri Nikol Paşinyana baş vermiş yanğın zamanı erməni hərbçilərinin həlak olması ilə bağlı başsağlığı verib.
“KTMT Katibliyi və şəxsən öz adımdan 2023-cü ilin yanvarın 19-da Geğarkunin bölgəsində hərbi hissədə baş vermiş yanğın nəticəsində Ermənistan Respublikası Silahlı Qüvvələrinin 15 hərbçisinin həlak olması ilə bağlı səmimi başsağlığı verirəm”.- Baş katib bildirdi.
O, yaralıların və xəsarət alanların tezliklə sağalmasını arzulayıb.