Avropa Parlamentində “Dağlıq Qarabağ blokadasının humanitar nəticələri” mövzusunda müzakirələr zamanı AP deputatı Marina Kalyurand Azərbaycan prezidenti İlham Əliyevin son bəyanatlarına toxunaraq bildirib ki, özünü Aİ tərəfdaşı həsab edən dövlət belə bəyanatlarla çıxış etməməlidir.
O, Bakını beynəlxalq öhdəliklərə hörmətlə yanaşmağa, Laçın dəhlizinin blokadasını dayandırmağa və sülh sazişi üzrə danışıqlara başlamağa çağırıb.
Natali Luazonun fikrincə isə, bu blokada deyil, etnik təmizləmədir: “Biz, avropalılar nə edirik? Heç nə”,-deyə o qeyd etdi.
“Dağlıq Qarabağda insanlar acdır və soyuqda. Onlara Aİ və ya Rusiya Federasiyasından hava körpüsü lazımdır. BMT və ATƏT ilə birlikdə bu fəlakətin qarşısı alınmalıdır”, - deyə Martina Mişels bildirib.