Avropa Şurası Nazirlər Komitəsinin sədri, İslandiyanın xarici işlər naziri Tordis Kolbrun Reykfyordur Gilfadotir Laçın dəhlizi ilə bağlı açıqlama verib.
“Laçın dəhlizinin bir aydır blokadada olması nəticəsində Dağlıq Qarabağda yaşayan insanların humanitar vəziyyətinin pisləşməsi məni narahat edir. Vəziyyətin daha da pisləşməməsi üçün aidiyyəti tərəfləri dəhlizdə hərəkət azadlığını tez bir zamanda bərpa etməyə çağırıram. Mən bütün maraqlı tərəfləri problemlərini dialoq yolu ilə həll etməyə çağırıram. Biz bu məsələdə onların səylərinə töhfə verməyə hazırıq”, - deyə o bildirib.