Yanvarın 18-də xarici işlər nazirinin müavini Vahe Gevorgyan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Pirisi qəbul edib.
Tərəflər Ermənistan-NATO əməkdaşlığının gündəlik məsələlərini, həmçinin beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.
Nazir müavini Azərbaycanın Laçın dəhlizinin blokadası nəticəsində Dağlıq Qarabağda hər gün pisləşən humanitar vəziyyəti həmsöhbətinə təqdim edib, Azərbaycanın öz fəaliyyəti ilə Dağlıq Qarabağ ermənilərini etnik təmizləməyə məruz qoyduğunu vurğulayıb.