Hesab edirəm ki, bu bəyanatların müəyyən təxribat xarakteri var, onlar eskalasiya yaratmaq niyyətindədirlər․ Bu barədə Parlament-Hökumətin sual-cavab sessiyasında ER baş naziri Nikol Paşinyan Azərbaycan prezidentinin son bəyanatları ilə bağlı “Mülki müqavilə” fraksiyasının deputatı Davit Danielyanın sualını cavablandıraraq qeyd edib.
Onun sözlərincə, Laçın dəhlizinin blokadaya alınması və Azərbaycanın təcavüzkar bəyanatları sülh prosesi üçün yeni maneələr yaradır və bunu beynəlxalq cəmmiyyət də qeydə alır.
Paşinyan qeyd edibki, belkə də Azərbaycan bu cür təxribatçı bəyanatlarla və mümkün reaksiyalarımızdan istifadə edərək, sülh prosesini tamamilə dayandırmaq istəyir.
“Ona görə də münasibətimizin formulunu, metodunu dəyişməməliyik və mən o metodun doğruluğuna daha çox əminəm. hər şeyə reaksiyamız asimmetrik olmalıdır. asimmetrik cavab nədir? Birincisi, fəal beynəlxalq diplomatiya və ölkə daxilində institusional potensialın və dövlət institutlarının gücləndirilməsi və yaradılması, islahatların gündəliyindən yayınmamaq, sülh gündəmindən yayınmamaq və təslim olmamaq - bu bizim cavabımız olmalıdır”, - deyə Nikol Paşinyan bildirib.