Parlament-Hökumətin sual-cavab sessiyası zamanı Aİ-nin Ermənistana yeni uzunmüddətli missiya göndərəcəyinə dair suala cavab verərək, xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan beynəlxalq sərhədində gərginliyin artmasının və ya növbəti eskalasiyanın qarşısının alınmasında Aİ-nin issiyasının vacib rolunu qeyd edib.
“Yəni, deməyə ehtiyac yoxdur ki, tam hüquqlu müşahidə missiyasının müəyyən edilməsi halında biz yalnız dəstəkləyici və konstruktiv rol oynayacağıq. Bizim o müzakirəyə əlbəttə ki, müsbət münasibətimiz var, Avropa İttifaqı tərəfindən belə bir qərar qəbul olunarsa, müsbət münasibətimiz olacaq. Biz yerdə onlarla geniş əməkdaşlıq edəcəyik”, - deyə Mirzoyan bildirib.