ER Parlamentinin “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Koncoryan Ermənistan-ABŞ dostluq qrupunun rəhbəri kimi bu gün ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvlərinə, ABŞ Erməni Komitəsinin həmsədrləri Gas Bilirakis, Frenk Palon, Deyvid Valadao, eləcə də komitənin sədr müavini Adam Şifə məktublar göndərib.
“Mən Ermənistan-Yunanıstan dostluq qrupunun rəhbəri kimi Yunanıstan-Ermənistan dostluq qrupunun rəhbəri Dimitrios Markopulosa məktub ünvanlamışam.
Ermənistan Respublikasının Parlamenti ilə Kipr Respublikasının Nümayəndələr Palatası arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın sədri kimi mən Kiprdən olan həmkarım Haris Georgeadesə məktub ünvanlamışam.
Mən Azərbaycanın Laçın dəhlizinin qanunsuz blokadası və Artsaxda humanitar böhran yaratmaq kimi cinayət siyasəti haqqında təfərrüatları təqdim etmışəm.
Mən həmkarlarımı bütün lazımi səyləri göstərməyə və bir gün əvvəl Laçın dəhlizinin açılması və beynəlxalq öhdəliklərini yerinə yetirməsi üçün Azərbaycana beynəlxalq təzyiqləri artırmağa çağırmışam”, - deyə Koncoryan “Facebook” səhifəsində bildirib.