Artsax XİN Bakıda erməni qırğınlarının 33-cü ildönümü ilə bağlı bəyanat yaydı.
“Bu günlərdə biz 33 il əvvəl Azərbaycanın paytaxtı Bakıda erməni əhalisinə qarşı törədilmiş kütləvi qırğınların günahsız qurbanlarının xatirəsini yad edirik. Müstəsna vəhşiliklə törədilən qətllər, soyğunçuluqlar, zorakılıq və vəhşiliklər 1990-cı il yanvarın 13-dən 20-dək bir həftə davam etdi. Müxtəlif mənbələrə görə, bu qeyri-insani cinayət nəticəsində 150-300 nəfər həlak olub. Bakıdakı qırğınlar 1988-ci ildə Sumqayıtda ermənilərə qarşı törədilən qırğınlarla ilə birlikdə Azərbaycanın ermənilərə qarşı soyqırımı siyasətinin daha bir dəhşətli mərhələsinə start verdi.
Həmin siyasətin təzahürləri kütləvi qırğınlar və qətllər, keçmiş Azərbaycan SSR-in erməni əhalisinin geniş və hazırlanmış programa deportasiyası, “Koltso” əməliyyatı, 1991-1994-cü illərdə və 2016-cı ilin aprelində və 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan tərəfindən Artsax Respublikasına qarşı başladılan müharibələr idi. Bu müharibələrə Azərbaycan silahhlı qüvvələrinin törətdiyi hərbi cinayətlərlə müşayiət olunub. Bu cinayət əməlləri nəticəsində minlərlə insan qətlə yetirilib, yüz minlərlə insan etnik təmizləmənin qurbanı olub.
Erməniləri öz tarixi vətənlərində məhv etmək siyasəti Azərbaycanın ermənilərə qarşı nifrət siyasətinin tərkib hissəsinə çevrildi. İxtisaslaşmış beynəlxalq təşkilatlar daim Azərbaycanda ermənilərə qarşı nifrətin təzahürlərini qeydə alırlar.
Həm Bakıda törədilən qırğınların, həm də əvvəlki və sonrakı kütləvi cinayətlərin cəzasız qalması elə bir vəziyyətə gətirib çıxarıb ki, Azərbaycan Artsaxın 120 min əhalisinin blokadaya alınmasını və humanitar fəlakət üçün şərait yaradılmasını qanuni hesab edir.
Bakının soyqırım siyasətinin nəticələrinə əsasən regionda uzunmüddətli sülh bərqərar oluna bilməz. Bu, beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə pislənilməli və rədd edilməlidir və ilk addım Artsaxın bir aydan artıqdır davam edən blokadasına dərhal son qoyulması olmalıdır”,- bəyanatda deyilir.