ER Parlamentinin sədri Alen Simonyan Laçın böhranı ilə bağlı 30-dan çox ölkənin parlament rəhbərlərinə və beynəlxalq parlament təşkilatlarının prezidentlərinə rəsmi məktubla müraciət edib. Məktubda xüsusilə, Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yol olan Laçın dəhlizinin bir aydan artıq müddətə bağlanması məsələsinə diqqət çəkilir. Bu barədə ER Parlamentindən məlumat verilir.
Məktubda qeyd olunur ki, Laçın dəhlizinin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında bloklanması Azərbaycan tərəfindən 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü beynəlxalq öhdəliklərin kobud şəkildə pozulmasıdır.
Artsaxda mühasirədə olan 120 min erməniyə toxunularaq, Dağlıq Qarabağda humanitar böhranın gündən-günə dərinləşdiyi qeyd edilir. Ermənistanda müvəqqəti sığınacaq almış, valideynləri Artsaxda olan 270 azyaşlıya da toxunulub.
“Bu mühasirə Azərbaycanın həyata keçirdiyi ardıcıl etnik təmizləmə siyasətinin davamından başqa bir şey deyil”- deyə qeyd edilib.
“Ermənistan tərəfinin regionda sülh və sabitlik yaratmaq əzmində olduğunu bir daha vurğulayaraq, biz beynəlxalq tərəfdaşlarımızı Dağlıq Qarabağda yaranmış çətin vəziyyətin qarşısını almaq, o cümlədən Azərbaycana qarşı sanksiyaların tətbiqi üçün əlavə tədbirlər görməyə çağırırıq”,- deyə ER Parlamentinin sədri məktubunu yekunlaşdırıb.