Yanvarın 16-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.
Telefon danışığı zamanı regionda baş verən son hadisələr müzakirə olunub.
Ararat Mirzoyan həmsöhbətinə Laçın dəhlizinin bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhranın təfərrüatlarını təqdim edib.
Beynəlxalq strukturların, xüsusən də BMT-nin müvafiq reaksiyasının və effektiv addımlarının vacibliyini xüsusilə vurğulayıb.
Nazir Mirzoyan vurğulayıb ki, Azərbaycan 9 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarını və beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozur.
Hazırkı vəziyyətdə Ermənistan tərəfi Dağlıq Qarabağa və Laçın dəhlizinə faktaraşdırıcı missiyanın göndərilməsi, eləcə də BMT-nin müvafiq qurumlarının Dağlıq Qarabağa maneəsiz humanitar girişinin təmin edilməsi məsələsini xüsusi qeyd edib.