Yanvarın 16-da ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Artsaxın xarici işlər naziri Sergey Qazaryanı qəbul edib. Bu barədə ER Təhlükəsizlik Şurasından məlumat yayılıb.
Qriqoryan Sergey Qazaryanı xarici işlər naziri vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
Həmsöhbətlər Ermənistan və Artsax ətrafında təhlükəsizlik vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar. Xüsusilə, Azərbaycan tərəfindən Laçın dəhlizinin bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış vəziyyəti müzakirə ediblər. Bu kontekstdə humanitar böhranın aradan qaldırılmasına yönəlmiş birgə səylərin vacibliyi vurğulanıb.