Avropa İtiffaqı bu həftə Ukraynaya 3 milyard avro yardım ayıracaq.
Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen "Twitter"də bildirib.
O qeyd edib ki, Ukraynanın maliyyə ehtiyaclarını ödəmək üçün ona kömək etmək həm həlledici, həm də təcilidir.
“Dekabr ayında razılaşdırılmış 18 milyard makromaliyyə dəstəyinin ilk 3 milyard avrosunu artıq sabah ödəyəcəyik”, - deyə von der Leyen qeyd edib.