ER prezidenti Vahaqn Xaçaturyan ilə Almaniya Federativ Respublikasının prezidenti Frank-Valter Ştaynmayer arasında telefon danışığı olub.
Prezidentlər regional məsələlərə toxunublar, Artsaxda yaradılmış humanitar böhranla bağlı məsələləri ətraflı müzakirə etdilər, problemin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.
ER prezidenti Ermənistanın regionda sülhün bərqərar olmasına yönəlmiş addımlarını təqdim edib, Ermənistan tərəfinin üçtərəfli bəyanatlardan irəli gələn bütün öhdəlikləri yerinə yetirməyə hazır olduğunu, eyni şeyi Azərbaycan tərəfindən də gözlədiyini bir daha təsdiq edib.
Sülh prosesinə tam dəstəyini ifadə edən Frank-Valter Ştaynmayer Almaniyanın vəziyyətin nizamlanması və sülhün bərqərar olması üçün maksimum səy göstərməyə hazır olduğunu qeyd edib.