ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefonla danışıb.
Dövlət Departamentinin Twitter hesabında deyilir: “Dövlət katibinin köməkçisi Donfrid Ararat Mirzoyanı və Ceyhun Bayramovu Laçın dəhlizilə malların daşınmasına imkan verən diplomatik həll yolunun təcili axtarışına başlamağa çağırıb.
O, nazirləri davamlı sülhə nail olmaq prosesinə yenidən qoşulmağa çağırıb”.