Yanvarın 12-14-də Yael Bron-Piven erməni həmkarı Alen Simonyanın dəvəti ilə Ermənistana rəsmi səfərə gələcək. Onu Ermənistan-Fransa münasibətləri ilə məşğul olan fransalı deputatlardan ibarət nümayəndə heyəti müşayiət edəcək. Bu barədə Fransanın Ermənistandakı səfirliyi məlumat yayıb.
“Səfərin məqsədi iki parlament arasında əlaqələri gücləndirmək və indiki çətin şəraitdə Fransanın Ermənistanla həmrəyliyini təsdiqləməkdir.
Parlamentin sədri erməni həmkarı, ER baş naziri Nikol Paşinyan və ER xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.
Xanım Bron-Piven Soyqırım Memorialını ziyarət edəcək və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcək. O, həmçinin Zinvor (hərbçi) Evinə və Ermənistanda Fransız Universitetinə baş çəkəcək”, - deyə məlumatda deyilir.