Əliyev beynəlxalq ictimaiyyətə Laçın dəhlizinin bir aydır blokadada qalması ilə bağlı yalan danışmaqda davam edir. Bu barədə ABŞ konqresmeni Frank Palon özünün Twitter mikrobloqunda yazıb.
“Mülki əhaliyə həyati əhəmiyyət kəsb edən ərzaq və dərman tədarükünün qarşısının alınmasının Artsaxda humanitar böhrana səbəb olduğuna dair aydın sübutlar var. İ.Əliyevin “söz azadlığı”ndan yalnız ermənilərin həyatına təhlükə yaratmaq üçün istifadə etməsi narahatlıq doğurur”,-o qeyd etdi.
O qeyd edib ki, ABŞ Dövlət Departamenti və dünya liderləri bu fəlakətə son qoymaq üçün ciddi tədbirlər görməlidir.
“Yaxın günlərdə 120 min günahsız insanın həyatı təhlükə altına düşə bilər. Biz oturub gözümüzün qarşısında baş verən fəlakəti seyr edə bilmərik. Mən mümkün olan hər şeyi etməyə davam edəcəyəm ki, Birləşmiş Ştatlar bu qəddar blokadaya son qoymaq üçün bütün mümkün diplomatik vasitələrdən istifadə etsin”, - konqresmen əlavə edib.