Ankarada Türkiyə, Rusiya və Ukrayna ombudsmanlarının üçtərəfli görüşü keçirilib.
Görüşdə Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç, Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova və Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı (Ombudsman) Dmitro Lubinets iştirak ediblər.
Tərəflər Ukraynadakı humanitar vəziyyəti, xüsusilə humanitar dəhlizin açılmasını müzakirə ediblər.