“İsveçrə Konfederasiyası Kantonlar Şurasının Xarici Siyasət Komitəsi Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyətdən narahat olaraq, 2022-ci il dekabrın 12-dən Laçın dəhlizinin blokadaya alınması nəticəsində baş vermiş beynəlxalq hüquq pozuntularını pisləyib.
Komitə İsveçrə Federal Şurasını (milli hökuməti) 2023-cü ilin əvvəlindən sədrlik etdiyi BMT Təhlükəsizlik Şurasında blokadanın götürülməsinə və hərbi əməliyyatların dayandırılmasına nail olmaq üçün addımlar atmağa, digər tərəfdən isə Yerevanla Stepanakert arasında humanitar hava körpüsü təşkil etməyə çağırıb”, - deyə İsveçrə Kantonlar Şurasının üzvü Karlo Somaruqa Twitter mikrobloqunda yazıb.